Məktəblərdə" Naxçıvan ayı" çərçivəsində inşa yazı müsabiqəsi keçirilib

   Dekabrın 20-də "Məktəblərdə Naxçıvan ayı" layihəsi çərçivəsində Azərbaycan dili və ədəbiyyat müəllimi Gülsüm Məmmədova tərəfində IX sinif şagirdləri arasında "Qəhrəmanlar diyarı-Naxçıvan" adlı inşa yazı müsabiqəsi təşkil olunub.

Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının yaradılması, qədim tarixi, abidələri, mədəni irsi və etimologiyası haqqında şagirdlərin maarifləndirilməsindən ibarət olub.

İnşa yazı müsabiqəsi bir saat ərzində davam edib. Şagirdlərin yazıları metodbirləşmə iclasında müzakirə ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi