TedTalk formatında görüş keçirilib

   17 dekabr tarixində ingilis dili müəllimi Ləman Əlizadə və X sinif şagirdləri tərəfindən "Veni, vidi, vici" seriyasından TedTalk formatlı görüş keçirilib. Görüşdə imtahana gedən, görən və qələbə çalan X sinif şagirdləri IX sinif şagirdlərinə buraxılış imtahanı dövründə qazandıqları uğurları, etdikləri səhvlər, səhvlərindən çıxartdıqları nəticələr, uğurlu hesab etdikləri metod və üsullar haqqında məlumat verib. Quluzadə Fatimə, Əliyev Vahid və Həsənli Nəzrin motivasiyanı saxlamaq, stress və vaxtın idarəsi kimi məsələlərə toxunub, şagirdlərin suallarını cavablandırıb.

Daha sonra məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi