Seminar məşğələ keçirilib
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə məktəblərdə "Naxçıvan aylığı" çərçivəsində 19 dekabr tarixində coğrafiya müəllimi İmaməli İmanov tərəfindən X B sinif şagirdlərinin iştirakı ilə seminar məşğələ keçirilib. Seminar məşğələnin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında şagirdlərin maarifləndirilməsindən ibarət olub. Müəlllim eyni zamanda ulu öndər Heydər Əliyevin Naxçıvanın inkişafında verdiyi töhfələrdən bəhs edib və bu barədə sənədli film izlənilib.