"Qarşılıqlı dinləmə və müzakirələr" mövzusunda seminar məşğələ keçirilib

  17 dekabr tarixində məktəbin psixoloqu Aygün Maniyeva tərəfindən VII Ə sinif şagirdlərinin iştirakı ilə "Qarşılıqlı dinləmə və müzakirələr" mövzusunda seminar məşğələ keçirilib. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərdə ünsiyyət, qabiliyyət və başqalarının fikrini qiymətləndirmək bacarığını aşılamaq, qarşılıqlı dinləmə və müzakirələrin vacibliyini dərk etdirməkdən ibarət olub.

Psixoloq qeyd edib ki , insanların qarşılıqlı şəxsiyyətlərarası münasibətləri öz reallığını dinləmə prosessində tapır. Burada 2 faktor: müzakirə və diskussiya qabiliyyətinin formalaşdırılmasıdır. Daha sonra şəxsiyyətin konflikt zamanlarını müəyyən etmək və məsələnin həlli yolunun aradan qaldırmaq məqsədilə "Tamamlanmamış cümlələr" metodikası verilib. Cavablar işçi vərəqlərində qeyd olunub. Şagirdlər müəllimin köməyi ilə biliklərini ümumiləşdirərək müəyyən nəticəyə gəliblər. Sonda psixoloq tərəfindən "Hər bir şəxsiyyət kollektivdə ağıllı, prinsipial mövqe tutmalı, özünün yerini, vəzifələrinin sosial hüquqi ölçülərlə qiymətləndirməlidir" tövsiyyələr verilib."

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi