“Təbiəti qoruyaq, dünyamızı yaşadaq” respublika rəsm müsabiqəsinin qalibi olub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi publik hüquqi şəxsin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Təbiəti qoruyaq, dünyamızı yaşadaq” respublika rəsm müsabiqəsi keçirilib.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsilə bağlı rəssamlıq istedadı olan uşaq və gənclərin öz düşüncələrini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək, rəssamlıq qabiliyyətinə malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini, estetik zövqünü inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaq məqsədilə keçirilib.
“Təbiəti qoruyaq, dünyamızı yaşadaq” adlı respublika rəsm müsabiqəsində məktəbin VIII Ə sinif şagirdi Kolosova Alisa Valeryevna III yerə layiq görülərək, diplom və hədiyyə ilə təltif olunub.
Bu münasibətlə şagirdimizi və Təsviri incəsənət müəllimi Paşayeva Təhminəni təbrik edir, gələcək müsabiqələrdə uğurlar arzu edirik.