Novruz bayramı -2016

Xalqımızın sevimli bayramlarından biri olan NOVRUZ bayramı məktəbimizdə də təntənə ilə qeyd edildi. Foyedə şagirdlərimizin Novruz bayramı mövzusunda hazırladıqları əl işləri və rəsmlər sərgiləndi. Məktəbin akt zalında 2-ci sinif şagirdlərinin təqdimatında NOVRUZ təbriki tədbirə dəvət edilmiş şagird, müəllim və valideynlərə təqdim edildi. Şagirdlərin ifasında bayatılar, mahnı və rəqs nömrələri, bir-birindən maraqlı səhnəciklər nümayiş etdirildi. Novruzun atributları olan kosa və keçəlin şən zarafatları dinlənildi, əyləncəli yarışmalar keçirildi. Bayram tədbiri maraqlı və yaddaqalan oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi