Şairlə görüş-SEYRAN SƏXAVƏT
14 mart 2016-cı il tarixdə şagirdlərdə mütaliə vərdişlərinin aşılanması istiqamətində növbəti tədbir - görkəmli yazar Seyran Səxavətlə görüş təşkil edildi. Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavətin 70 illik yubileyi münasibəti ilə məktəbin şagird və müəllim kollektivinin hazırladığı görüşdə şagirdlərin ifasında yazarın həyat və yaradıcılığı haqqında məlumat verildi, onları maraqlandıran sualları Seyran Səxavət özünəməxsus səmimiyyətlə cavablandırdı. Daha sonra müəllifin öz ifasında şerləri dinləyicilər tərəfindən rəğbətlə dinlənildi. Görüşün sonunda şair imzaladığı kitablarını məktəb kitabxanasına hədiyyə etdi.