"Şahmat” üzrə rayon birinciliyi keçirilib
"5 mart - Bədən tərbiyəsi və idman günü” münasibəti ilə 276 № li tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahmat” üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 26 məktəb komandası iştirak etmişdir. Yarışın nəticələrinə görə 144 № li tam orta məktəbin komandası III yeri tutmuşdur. Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medal ilə mükafatlandırılmışlar.