"Narkomaniya əleyhinə mübarizə " mövzusunda tədbir
02 mart 2016-cı il tarixdə məktəb rəhbərliyinin və Binəqədi rayonu Binəqədi rayonu polis idarəsinin birgə təşkilatçılığı ilə məktəbdə gəng nəslin maarifləndirilməsi məqsədilə "Narkomaniya əleyhinə mübarizə " mövzusunda tədbir keçirildi. Məktəbin direktoru Həcər Mahmudova tədbiri giriş sözü ilə açaraq qonaqları təqdim etdikdən sonra tədbir haqqında məlumat verdi. Sonra Binəqədi rayonu 7-ci polis bölməsinin rəisi polos polkovnik-leytenantı Ceyhun Hüseynov narkomaniya və onun fəsadları barədə çıxış etdi. Qonaqlardan Binəqədi rayonu polis idarəsi veteranlar şurasının sədri polis polkovniki Zakir Əhmədov gənclərə əsrin bəlası olan narkomaniyanın geriyə dönüşü olmadığını vurğulayaraq onların sağlam həyat tərzini seçməyi, vətənə layiq vətəndaş olmalarını tövsiyə etdi. Tədbirin sonunda "Ağ ölüm" bəlasını əks etdirən film nümayiş etdirildi.