9-cu siniflər üzrə diaqnostik qiymətləndirilmə aparıldı

Bu gün məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin IX siniflərdə keyfiyyətin artırılması məqsədilə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkilini nəzərdə tutan təlimata əsasən potensial risk qrupunda olan şagirdlərin müəyyən edilməsi üçün buraxılış fənləri ( tədris dili,riyaziyyat və ingilis dili) üzrə diaqnostik qiymətləndirmə aparıldı.Siniflərdə qeyri-ixtisas fənn müəllimlərinin nəzarəti ilə keçirilən qiymətləndirmə şəffaf şəkildə keçirildi.