"Xocalı faciəsi"nə həsr edilmiş ədəbi-bədii kompozisiya- rus dilində
26.02.2016 Bəşər tarixində insanlığa qarşı baş vermiş ən böyük cinayətlərindən olan "Xocalı faciəsindən" 24 il ötür.Bu gün N.Babyev adına 144 N-li tam orta məktəbin foyesində rus dili müəllimi Qulubəyova Səidə və onun şagirdlərinin iştirakı ilə rus dilində "Xocalı soyqırımı"na həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edildi.Tədbirdə şagirdlər rus dilində həmin günün dəhşətlərini özündə əks etdirən şeir və hekayələrlə çıxış etdilər. Sonda məktəb direktoruHƏcər Mahmudova, "Məşəl" ictimai birliyinin üzvləri olan qarabağ veteranları şagirdlərə müraciət edərək, erməni xislətinin əsl simasını üzə çıxaran "Xocalı soyqırımı"nı unutmamağa, onu gələcək nəsillərə çatdırmağa və onu dünyaya tanıtmağa borclu olduğumuzu vurğuladılar.