Yuxarı sinif şagirdləri ilə maarifləndirici söhbət

Binəqədi rayon polis bölməsinin əməkdaşı, mayor Azər Əliyev və məktəb rəhbərliyinin maarifləndirmə məqsədilə məktəbin yuxarı sinif şagirdləri ilə təşkil etdiyi görüş keçirildi.Görüşdə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa,insan alverinə qarşı mübarizəyə dair məlumatlar verildi. İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə, həmçinin yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası mövzusunda geniş söhbətlər aparıldı. "Sağlam həyat tərzi-sağlam düşüncə tərzidir" mövzusu geniş müzakirə olundu. Təhsilin, biliyin, savadın şagird həyatında oynadığı rolun əhəmiyyəti də qeyd olundu.