"Manqurt" hekayəsi üzrə bədii qiraət keçirildi.

Fənn aylığı çərçivəsində keçirilən dərslərdən biri də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi H.Həsənovanın rəhbərliyi və 6b sinif şagirdlərinin iştirakı ilə dünya şöhrətli qırğız yazıçısı Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanından götürülmüş "Manqurt" hekayəsi üzrə bədii qiraətin keçirilməsi oldu.Şagirdlərin ifadəli oxu bacarığına mükəmməl yiyələndikləri,eyni zamanda hekayənin motivləri əsasında hazırladıqları tamaşa xüsusilə diqqəti cəlb etdi.Şagirdlər valideynləri, keçmişi haqqda yaddaşını, utanma, vicdan, şərəf hisslərini itirmiş, insan görkəmində zombidən bəhs edən fəlsəfi, faciəvi hekayədəki "Manqurt" sözünün mahiyyətini çox doğru açıqladılar.Dərsdə eyni zamanda,SSRİ və Türkiyə dövlətinin ortaq istesalı olan "Manqurt" filmindən bəzi fraqmentlərlə yanaşı,yazıçının müxtəlif dövlət başçıları,yazıçı və şairlərlə görüşləri də ekranda nümayiş etdirildi və maraqla izlənildi.Dərs müzakirəsi səmərəli və faydalı keçməklə yanaşı,iştirakçılar tərəfindən də böyük rəğbətlə qarşılandı.