XX əsrin faciəsi- Xocalı
24 fevral 2016-cı il tarixdə məktəbdə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbir keçirilmişdir.Tədbirdə "Məşəl" şəhid və əlil ailələrinə sosial dəstək ictimai birliyinin Binəqədi Abşeron rayonu şöbələrinin üzvləri, qarabağ və əfqanıstan müharibələrini , eyni zamanda Xocalı döyüşlərinin iştirakçısı olmuş veteranlar, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak etmişdirlər.Tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Məktəbin direktoru Həcər Mahmudova Azərbaycan xalqının 24 il əvvəl baş verən Xocalı soyqırımında qətlə yetirilən insanların xatirəsini dərin ehtiramla yad etdiyini, bu məqsədlə ölkəmizdə və dünyada , həmçinin məktəbimizdə də tədbirlərin keçirildiyini bildirib. Onun fikrincə, bütün bunlar soyqırımın unudulmaması üçün atılan addımlardan biridir, eləcə də, Xocalı faciəsinin dünyaya təqdim edilməsi məqsədi daşıyır. Tədbirdə çıxış edən Qarabağ və əfqanısta müharibəsinin iştirakçısı, eləcə də Xocalı hadisələrinin canlı şahidi olmuş keçmiş döyüşçü Mehman Mustafayev təəssüflə qeyd edib ki, dünya birliyi Xocalı faciəsinə layiqli hüquqi-siyasi qiymət verməyib.Xocalı soyqırımına bəzi ölkələrdə biganəlik azərbaycanlıları ruhdan salmamalıdır və bu faciəni dünyada tanıtmaq istiqamətində qüvvələrimizi daha ciddi və qətiyyətlə səfərbər etməliyik.«Biz Xocalı soyqırımının dəhşətli nəticələrini geniş təbliğ etməklə bu faciəni milli düşüncənin bir elementi kimi gələcək nəsillərə çatdırmalıyıq. Əsas məqsədimiz odur ki, gələcək nəsillər bunu bilsin və tarixdən dərs alaraq Azərbaycana qarşı belə faciələr törətmək istəyənlərin qarşısını alsınlar. Dövlətimizin əsas məqsədi erməni separatçılarının və terrorçularının Xocalıda törətdikləri kütləvi qətl hadisəsini dünyaya azərbaycanlıların soyqırımı kimi tanıtmaqdan ibarətdir. İstər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları və vətəndaşlarımız yorulmadan Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərməlidirlər. O, şagirdlərə bu prosesdə daha da fəal olmağı tövsiyə edib.Daha sonra məktəblilərin ifasında Xocalı hadisələrinə həsr edilmiş şeirlər səsləndirilmiş, səhnəciklər nümayiş etdirilmişdir.