"Ana fəryadı" abidəsi yad edildi.

144 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə “Ana fəryadı” abidə kompleksində oldular. Məqsəd Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran bu soyqırım haqqında şagirdləri məlumatlandırmaq, Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət hadisəsi olduğunu xatırlatmaqdı.Məktəblilər təzə-tər qərənfil çələngini abidənin önünə qoyaraq Xacalı şəhidlərini bir dəqiqəlik sükutla yad etdilər.
Xatırladaq ki,hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edir, qan yaddaşımız olan Xocalını heç zaman unutmayacaqlarını bəyan edirlər.
Biz də bu faciənin qurbanlarına Allahdan rəhmət diləyir, ailələrinə səbr arzulayırıq!