Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanının müzakirəsi keçirildi.

 "Dil aylığı" çərçivəsində təşkil olunan növbəti tədbirlərdən biri də Dünya Ədəbiyyatı silsiləsindən qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanından "Manqurt" parçasının müzakirəsinin təşkil olunması oldu.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsmiyyə Aslanovanın rəhbərliyi və 7a və 7sinif şagirdlərinin iştirakı ilə keçirilən bu tədbirdə məqsəd valideynləri, keçmişi haqda yaddaşını, utanma, vicdan, şərəf hisslərini itirmiş, insan görkəmində zombidən bəhs edən qəhrəmanın düşmənə əsir düşməsi, başına keçə keçirilməsi və susuz səhrada bir neçə gün buraxılması,yaddaşını tamamən itirməsi və anasını öldürmək dərəcəsinə çatmasından doğan hadisələrin səbəbini,müharibənin insan taleyinə gətirdiyi acı həqiqətləri şagirdlərə çatdırmaq,eyni zamanda şagirdlərin bədii qiraətə olan marağını artırmaq idi.Müzakirədə əsərdə söhbəti gedən bütün şeylərin öz mahiyyətinin, anlamınının olması,hər bir xırda detalların belə sonradan yeni bir məna kəsb etməsi ilə yanaşı əsəri ölməz edən məhz bu mükəmməl əsərin dünya xalqlarının dilinə "manqurt" ifadəsini gətirməsi də xüsusi vurğulandı.Tədbirdə həmçinin eyniadlı əsərin əsasında hazırlanmış SSRİ və Türkiyə dövlətinin ortaq istehsalı olan filmdən də fraqmentlər təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi