"Dilimiz,varlığımızdır!" mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

Məktəbimizdə 21 fevral- Beynəlxalq Ana dili Günü münasibətilə fevral ayı "Dil aylığı" elan edilmişdir.Buna görə də məktəbdə mövzu ilə əlaqədar silsilə tədbirlər təşkil olunur.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Bu gün məktəbin VII və VIII sinif şagirdləri arasında "Dilimiz,varlığımızdır!" mövzusunda inşa yazı müsabiqəsi keçirildi.Məqsəd şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq,yazı işlərinə qoyulan tələblərin nə səviyyədə mənimsədiklərini yoxlamaqdır.