7b sinfində açıq dərs keçirildi.

Məktəbin biologiya müəllimi Bəsdi Bağırovanın rəhbərliyi ilə 7b sinfində biologiya fənnindən açıq dərs keçirildi.Dərsin mövzusu "Birhüceyrəlilərin həyat fəaliyyəti və müxtəlifliyi" idi.Dərs birhüceyrəlilərin həyat fəaliyyətini-qidalanma,hərəkət,tənəffüs,çoxalma,qıcıqlanma proseslərini şərh etmək,onların müxtəlif formaları,insan həyatında rolunu şagirdlərə izah etmək məqsədi daşıyırdı.Şagirdlərin dərsə hazırlığı da qənaətbəxş idi.
Dərsdə tədris işləri üzrə direktor müavini İ.Quliyev və biologiya müəllimi M.Nəsirova iştirak edirdilər.