Məktəbəqədər hazırlıq qrupları "Gənc tamaşaçılar" teatrında oldular

Məktəbin ibtidai sinif müəllimləri C.Novruzova və Z.Əliyevanın rəhbərliyi ilə məktəbəqədər hazırlıq qrupunun şagirdləri Gənc Tamaşaçılar Taetrında keçirilən "Yeni il" şənliyində iştirak etdilər.Balacalar H.X.Andersenin müəllifi olduğu "Qar kraliçası"əsərinin motivləri əsasında qurulan tamaşaya maraqla baxdılar.Yeni il bayramının əsas personajları olan Şaxta baba ilə Qar qızın onları əyləndirib,şənliyin iştirakçısına çevirməklə yanaşı,hədiyyələrlə də sevindirdilər.Şənlikdə həmçinin nağıl qəhrəmanları da iştirak edirdi.
Məktəb həyatının sevincini yaşayan balaca fidanlara yeni ildə uğurlar, nailiyyətlər arzulayırıq!