"31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş tədbir keçirildi.

Məktəbin ibtidai sinif müəllimləri A.Səfərova,L.Rüstəmxanlı və A.Əliyevanın təşkilatçılığı və III sinif şagirdlərinin iştirakı ilə məktəbin akt zalında Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayrami münasibətilə tədbir keçirildi.3a sinif şagirdlərinin nümayiş etdirdiyi rəqslər,3b sinif şagirdlərinin ifa etdikləri mahnılar və 3c sinfinin hazırladıqları səhnəciklərin təqdimatı tədbirə xüsusi ovqat qatdı,tədbirin bədii təsir gücünü artırdı.Sonda Yeni ilin əsas personajları olan Şaxta baba və Qar qızın gəlişi şagirdləri sevindirdi,eyni zamanda tədbirin sonunu bayram əhvalı ilə yekunlaşdırdı.