Ingilis dili fənnindən intellektual bilik yarışması keçirildi.

İngilis dili aylığı çərçivəsində növbəti tədbir-intellektual bilik yarışması keçirildi.Məktəbin ingilis dili müəllimi V.Rzayeva və V.Səlimovanın rəhbərliyi ilə VI sinif şagirdləri arasında məktəbin akt zalında təşkil olunan yarışma 4 mərhələdən ibarət idi.Adı "We learn English" yarışmanın üç mərhələsi komandalar arasında,biri isə kapitanlar arasında keçirildi.Şagirdlər yüksək fəallıq nümayiş etdirdilər.I yeri 6c,II yeri 6b,III yeri isə 6a sinif şagirdləri qazandı.Tədbirdə eyni zamanda bədii hissəyə də xüsusi yer verildi.Şagirdlərimizin təqdimatında skripka ifası,hind vı milli rəqslərin nümayişi tədbirə ayrıca bir ovqat qatdı.Sonda müəyyən olunmuş yerlər üzrə şagirdlərə sertifikatlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi