3b sinfində ingilis dili fənnindən açiq dərs keçirildi.

Ingilis dili aylığı çərçivəsində keçirilən dərslərə növbəti açıq dərs də əlavə olundu.Belə ki,bu gün məktəbin ingilis dili müəllimi F.Rəhimovanın rəhbərliyi ilə ingilis dili fənnindən 3b sinif şagirdlərinin iştirakı ilə "Alphabet"("Əlifba") mövzusunda açıq dərs təşkil olundu.Şagirdlər "Sun","Moon" və "Star" adlanan qruplara bölündülər və hər qrupa təqdim olunan işçi vərəqləri üzərindəki tapşırıqları yerinə yetirdilər.Onlar eyni zamanda hərflərə aid şeirlər söyləyib,dərslikdəki mətnləri oxudular.Dərsdə həmçinin İngilis əlifbası ilə Azərbaycan əlifbasınin müqayisəli təhlili də aparıldı,elektron lövhədən səsləndirilən mövzuya dair mahnılar da xor şəklində ifa edildi.Sonda şagirdlər standartlara uyğun əsaslarla qiymətləndirildi.