II,IV,VI və VIII sinif şagirdləri arasında monitorinq keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dekabr ayının 26-sı şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi,buraxılış fənləri üzrə keyfiyyətin artırılması,eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə məktəbin II,IV,VI və VIII sinif şagirdləri arasında 3 fəndən (Azərbaycan dili,Riyaziyyat və İngilis dili) monitorinq keçirildi.Hər bir sinif üzrə qeyri-ixtisas müəllimlərinin nəzarətçiliyi ilə təşkil olunan monitorinq şəffaf qaydada keçirildi.