2b sinfində açıq dərs keçirildi.

Məktəbin ibtidai sinif müəllimi Xatirə Hümbətovanın 2b sinfində Azərbaycan dili fənnindən "Dəvələr" mövzusunda açıq dərsi keçirildi. Məqsəd kiçik yaşlı şagirdlərin dəvələr haqqında araşdırdıqları və əldə etdikləri məlumatları - kiçik elmi tədqiqatların təqdimatını təşkil etmək,eyni zamanda dərslikdəki "Dəvələr" şerini və nəsri bir-birindən fəqləndirmək, məktəblilərin liderlik qabiliyyətlərini inkişaf etdirmək idi.
Təqdimatlar çox maraqlı, rəngarəng, elmə əsaslanaraq hazırlanmışdı.Şagirdlərin fəallığı və müəllimin səriştəliliyi dərsin məzmununun səmərililiyini artırdı.