“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin üçüncü mərhələsinə start verilir

Fevralın 15-də məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Legacy CSR Consulting and Management LLC” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin üçüncü mərhələsinin başlanması ilə əlaqədar 10-cu sinif şagirdləri ilə layihə təşkilatçılarının görüşü keçirildi. Əsas məqsədi aztəminatlı ailələrdən potensiallı gənclərin seçilib ali məktəblərə qəbul olmasına və həmin gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək olan layihədə şagirdlərin maraqlı, təcrübəli və uğurlu insanlarla görüşləri təşkil olunur, onlarda elmə rəğbət, yaradıcı təfəkkür, insanlığa və ətrafa qarşı sevgi və ədalət kimi dəyərlərin formalaşmasına çalışılır.Görüşü giriş sözü ilə açan məktəb direktoru Həcər Mahmudova layihənin mahiyyəti haqqında məlumat verərək bildirdi ki, ötən il məktəbimizin 2 məzunu: Abbas Kamil və Məmmədova Əminə bu layihədə iştirak edərək yüksək balla ali məktəbə qəbul olmuşdurlar. Bu il isə 1 şagirdimiz yenə də bu layihədə iştirak edərək ali məktəbə hazırlaşır. Sonra layihə icraçılarından olan İlqar Ağakişiyev çıxış edərək layihənin gələcək inkişaf perspektivləri haqqında danışdı, layihənin birinci və ikinci mərhələlərinin yekunları barədə şagirdləri məlumatlandırdı. Layihənin 3 əsas meyar - ailənin sosial vəziyyəti, oxuma həvəsi, bilik və potensial əsasında həyata keçirildiyini deyən layihə əməkdaşları bu il hədəflərində 170 məktəbin olduğunu və 6 ay davam edəcək seçim sonunda layihəyə 85 şagirdin cəlb olunacağını bildirdi. İlqar Ağakişiyevin layihənin gedişatı, seçimlərin aparılma qaydaları barədə çıxışından sonra isə şagirdlərin fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi