4a sinfində açıq dərs keçirildi.

Məktəbin ibtidai sinif müəllimi Zəminə Əliyevanın rəhbərlik etdiyi 4a sinfində riyaziyyat fənnindən "Hissələr,kəsrlər.Kəsrlərin müqayisəsi" mövzusunda təşkil olunan açıq dərs əldə olunan məlumatların çoxluğu, onların həyatda tətbiqi vasitələrinin öyrənilməsi ilə fərqlənirdi. Müəllim və şagirdlərin elektron lövhədən məharətlə istifadəsi dərsin çox maraqlı alınmasını təmin etdi. Şagirdlərə verilən tədqiqat sualı qruplar arasındakı rəqabəti və qrupdaxili əməkdaşlığı gücləndirdi. Müəllim istədiyinə çox asanlıqla nail oldu.