5c sinif şagirdləri Şirvanşahlar sarayında ekskursiyada oldular.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycanda ilk dəfə olaraq "Şirvanşahlar irsi dünya muzeylərində"adlı sərgisinin keçirilməsi ilə bağlı olaraq məktəbin riyaziyyat müəllimi Sevil Qasımovanın rəhbərliyi və 5c sinif şagirdlərinin iştirakı ilə Şirvanşahlar sarayına ekskursiya təşkil olundu.Şagirdlər sərgidə nümayiş olunan Türkiyənin Əsgəri muzeyinin kolleksiyalarında yer alan Şirvanşahlar dövrünə aid (XIV-XV-əsrlər Şirvanşah Keyqubad və Şirvanşah Xəlillullaha məxsus zirehli geyimlər,XV əsr Şah Fərrux Yasara məxsus dəbilqələr) unikal eksponatlar,eləcə də Gürcüstan Milli muzeyinin fondunda saxlanılan XII-XIII əsrlərə aid maraqlı maddi-mədəniyyət nümunələri ilə tanış oldular.Şagirdlər həmçinin Metropolitan,Ermitaj və digər dünya muzeylərinin kolleksiyalarına daxil edilmiş Şirvanşahlar dövrünə aid eksponatların muzey sahəsində innovativ yenilik olan 3D holoqramlarla olan təqdimatını da maraqla izlədilər.Ekskursiya faydalı və səmərəli keçdi.
Bu növ ekskursiyaların təşkili şagirdlərə vətən tarixini öyrətmək və təbliğ etmək məqsədi daşıyır.