M.Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Bu gün Azərbaycanın igid oğlu,kəşfiyyatçı,əfsanəvi partizan,Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə məktəbdə VIII sinif şagirdlərinin iştirakı ilə Mehdi Hüseynzadə haqqında çəkilmiş "Uzaq sahillərdə" filminə baxıldı.Tarix müəllimi Mədinə Əsgərova şagirdlərə Mehdi Hüseynzadə adının Azərbaycan xalqının zəngin tarixi qəhrəmanlıq səlnaməsinin şanlı səhifələrinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir.O,eyni zamanda M.Hüseynzadənin rəşadət dolu həyat yolunun bu günün məktəblisi,sabahın əsgəri üçün nümunə olduğunu vurğulamışdır.