İngilis dili fənnindən açıq dərs təşkil olundu.

Bu gün məktəbin ingilis dili müəllimi V.Rzayevanın rəhbərliyi və 8b sinif şagirdlərinin iştirakı ilə "Lets save animals" mövzusunda açıq dərs təşkil olundu.Tərcüməsi "Gəlin heyvanları qoruyaq" olan dərsdə mövzu ətrafında təqdimatlar edildi,çıxışlar dinlənildi,video-çarx nümayiş olundu.Nəsli kəsilmiş və kəsilməkdə olan heyvanlar haqqında məlumatlar verilməklə yanaşı,buna təsir edən amillərdən və səbəblər də qeyd olundu.Heyvanxana və Safari parkın heyvanların həyatında oynadığı roldan danışıldı.