M.Müşfiqin 110 illiyi ilə bağlı növbəti tədbir keçirildi.

M.Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər sırasına məktəbin 2b sinif şagirdləri tərəfindən hazırlanmış təqdimat da əlavə olundu.Məktəbin ibtidai sinif müəllimi X.Hümbətovanın rəhbərliyi ilə şagirdlərin təqdimatında nümayiş olunan tədbirin əvvəlində şairin həyat və yaradıcılığına dair çıxışlar oldu,onun ana həsrətilə odlanan bir övlad məhəbbətini ifadə edən "Ana",uşaqlar üçün yazdığı "Zəhra üçün" şerləri də səsləndirildi.Sonda müəllifin "Şəngül,Şüngül,Məngül" adlı mənzum nağılı əsasında səhnələşdirilən təqdimat da nümayiş olundu və maraqla izlənildi.Məqsəd,şagirdlərdə M.Müşfiq yaradıcılığı haqqında biliklər aşılamaq və onların mütaliə mədəniyyətini formalaşdırmaqdı.