Ulu Öndəri hörmətlə anırıq....

Azərbaycan xalqının ümumilli lideri,dahi rəhbəri Heydər Əliyevin anım günü qeyd edildi.Ulu öndərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutdan sonra məktəbin direktoru Q.Sultanova çıxışında Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən danışdı,ölkəmizin siyasi,ictimai,iqtisadi və mədəni həyatındakı müstəsna rolundan bəhs etdi.O,eyni zamanda böyük fenomen olan Heydər Əliyevin türk dünyası və dünya arenasındakı siyasi nüfuzunu qeyd etdi.Şagirdlərə Ulu öndərin yolunu davam etdirməyi,gənclərə ondan örnək götürməyi tövsiyə etdi.
Sonra məktəbin tarix müəlllimi M.Nəzərova ümumilli liderin həyat yolu haqqında geniş məlumat verdi.Sonda IX sinif şagirdi Teymurov Süleyman və X sinif şagirdi Əlizadə Səkinə dahi rəhbər Heydər Əliyev haqqında olan fikir və düşüncələrini səsləndirdilər.