AZƏRBAYCAN DİLİ FƏNNİNDƏN AÇIQ DƏRS TƏŞKİL OLUNDU.

05.12.2018-ci il tarixində N.Babayev adına 144 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi L.Rüstəmxanlının rəhbərliyi ilə 3c sinfində Azərbaycan dili fənnindən “Ağac” mətni üzrə açıq dərs keçirildi.
Dərs əsasən yaradıcı təfəkkürün inkişafına yönəldi. Həyat bilgisi fənninə inteqrasiya edərək şagirdlər təbiət hadisələri haqqında təqdimatlarla çıxış etdilər. Özünüqiymətləndirmədən istifadə edərək şagirdlərin əməkdaşlığı dərs prosesində öz əksini tapdı.