ŞAGİRDLƏRİMİZİN XALQ TƏHSİLİ MUZEYİNƏ EKSKURSİYASI

Ölkəmizin təhsil tarixi və onun inkişaf mərhələlərini,bu sahədə böyük xidmətləri olan maarif,elm və dövlət xadimlərinin fəaliyyətini işıqlandıran,qabaqcıl müəllimlərinin və təhsil müəssisələrinin iş təcrübəsini əks etdirən materiallarla,təhsilimizin dünəni və bu günü haqqında geniş məlumatlarla yaxından tanışlıq baxımından məktəbin bir qrup müəllim və şagird kollektivi Xalq Təhsil Muzeyinə ekskursiya etdilər.