Ümümdünya QİÇS günü

        Ümümdünya QİÇS günü-1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilən gündür. Bu məqsədlə Binəqədi rayonu N.Babayev adına 144 №li tam orta məktəbin həkimi C.Babayeva yuxarı sinif şagirdləri ilə birgə “dəyirmi masa”  təşkil etdi. Tədbirdə videofilm və slaydlar təqdim olundu. Virusun səbəb olduğu xəstəliklər, yoluxma yolları ilə bağlı məlumatlar verildi. Mövzuya uyğun şagirdlərin rəsm işlərindən ibarət sərgi də böyük marağa səbəb oldu.

        “XX əsrin böyük bəlası” adlandırılan bu xəstəliyin insanlığa vurduğu zərbədən danışıldı.

        Bu ümumbəşəri bəla ilə mübarizədə maariflənmənin, məlumatlı olmanın önəmi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi