"Tariximizi unutmayaq "adlı bilik yarışı keçirildi.

         Tarix aylığı çərçivəsində "Tariximizi unutmayaq" adlı bilik yarışı keçirildi.Məqsəd şagirdlərdə vətənpərvərlik hislərini artırmaq, onlarda Azərbaycan,azərbaycançılıq ideyalarını möhkəmləndirmək, böyük keçmişə malik ölkəmizin tarixini daha dərindən öyrənmək idi.

       Yarış tarix fənni üzrə  metodbirləşmə rəhbəri M.Əsgərovanın  təşkilatçılığı ilə VIII sinif şagirdləri arasında keçirildi.Yarış komandalar şəklində 5 tur üzrə təşkil olunmuşdu. Tədbirdə  məktəbin tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva,  Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin əməkdaşı, tarixçi Əlövsət Həmzəyev  və məktəbin qabaqcıl tarix müəllimləri iştirak edirdi.

        Sonda şagirdlər  diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi