12 noyabr-"Konstitusiya Günü"nə həsr olunmuş dərslər keçirildi.

Məktəbin tarix fənni üzrə metodbirləşmə sədri M.Əsgərovanın rəhbərliyi ilə sinflərdə "Konstitusiya Günü"nə həsr olunmuş dərslər keçirildi.Müəllimlər Konstitusiyamızın keçdiyi tarixi yola nəzər salaraq şagirdlərə ətraflı məlumatlar verdilər,onları maraqlandıran sualları cavablandırdılar, ulu Öndərimizin hakimiyyəti dövründən bu günə kimi Konstitusiyamıza edilən dəyişikliklər və əlavələr haqqında danışdılar.Şagirdlər Müstəqil Azərbaycan Konstitusiyası haqqında daha ətraflı məlumatlar əldə etdilər.