Bayrağımızın yaranmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirildi.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımızın yaranmasının 100 illiyi münasibətilə məktəbimizdə  silsilə tədbirlər təşkil edildi."Üçrəngli bayrağınla məsud yaşa!" başlığı altında inşa müsabiqəsi, "Bayrağımızın keçdiyi tarixi yol " mövzusunda "dəyirmi masa", şagirdlərin dövlət rəmzlərinə həsr etdikləri təqdimatlar və intellektual yarış keçirildi, rəsm və əl işlərindən ibarət sərgi nümayiş olundu.Bütün bunlar şagirdlər arasında vətənpərvərlik hisslərinin daha da artırılmasına böyük təsir göstərir,onlarda dövlətə,dövlətçiiliyə,dövlət rəmzlərinə sevgi hissini inkişaf etdirir, mənəvi dəyərlərin formalaşmasına təsir edir və ölkə tarixi haqqında daha dolğun  məlumatlarının  verilməsinə  xidmət edir.  Şagirdlər  daha dərindən anlayırlar ki, yenilməz bayrağımız hər birimizin qürur mənbəyidir  onu daim ucaltmaq hər birimizin borcudur!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi