"Üçrəngli bayrağınla məsud yaşa!" başlığı altında tədbir keçirildi.

Məktəbdə"Bayraq günü"nə həsr olunan silsilə tədbirlər davam etməkdədir.Belə ki,məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Vəsmiyə Aslanova,musiqi müəllimi Təranə Hüseynovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb şagirdləri yüksək fəallıq göstərərək söylədikləri vətənpərvər ruhlu şeirlər və ifa etdikləri mahnılarla vətənə,dövlətə,dövlətçiliyə olan sevgilərini bir daha sübut etdilər.Şagirdimiz,bir sıra beynəlxalq musiqi müsabiqələrinin qalibi Fikrət Əliyevin ifası ilə Sitarə Əliyevanın skripkada səsləndirdiyi musiqi isə tədbirə ayrıca bir ovqat qatdı.Tədbir "Mən Azərbaycanlıyam!" mahnısı ilə sona çatdı.