M.C.Paşayevin 110 illiyinə həsr olunmuş tədbir keçirildi.

Mir Cəlal Paşayevin 110 illiynə həsr olunmuş elmi-bədii konfrans keçirildi.Konfransda şagirdlərin Mir Cəlalın elmi və ədəbi yaradıcılığı ilə bağlı araşdırmaları təqdim olundu.Belə ki,IXb sinif şagirdləri "Mir Cəlalın həyatı və elmi fəaliyyəti",VIIIa sinif şagirdləri "Mir Cəlalın satirik hekayələri",VIb sinif şagirdləri "Mir Cəlal haqqında görkəmli şəxslərin fikirləri",VIc sinif şagirdləri "Mir Cəlalın şeirləri",VIIa sinif şagirdləri Mir Cəlalın "Bir gəncin manifesti" əsəri haqqında çıxışlar etdilər.Bədii hissədə isə VIIIb sinif şagirdlərinin ifasında Mir Cəlalın "Bir gəncin manifesti" əsəri əsasında hazırladıqları tamaşa nümayiş olundu.Tədbirə Azərbaycan dili və ədəbiyyat müəllimləri nəzarət etdilər.Tədbirdə məktəbin şagirdləri,pedaqoji heyət və valideynlər iştirak etdilər.