“18 oktyabr- Müstəqillik günü” qeyd olundu.

AXC-in yaranmasının 100 illiyi münasibətilə məktəbdə təşkil olunan silsilə tədbirlər davam etməkdədir.Bu gün məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi V.Aslanovanın rəhbərliyi ilə 7a sinif şagirdlərinin təqdimatında 18 oktyabr-Müstəqillik gününə həsr olunmuş bədii kompozisiya təşkil olundu. Dövlət Himninin səslənməsilə başlanan tədbir müəllim V.Aslanovanın çıxışı ilə davam etdi.O bu günkü günün tarixi əhəmiyyəti barədə ətraflı məlumat verdi.Daha sonra şagirdlərin hər biri bu tarixə həsr olunmuş təqdimatlarını və divar qəzetlərini təqdim etdilər,sərgilərini nümayiş etdirdilər.