“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin beşinci mövsümünə başlanılıb.

Bu gün fiziki tərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılmasının “TOPs” layihəsi çərçivəsində təlimlərinə start veridi. Layihənin məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etmək, şagirdlərin sağlamlığını möhkəmləndirmək, təlim nəticələrini yüksəltmək və psixoloji dayanıqlılığın qorunmasını təmin etməklə fiziki tərbiyə sahəsində innovativ təhsil texnologiyasının yaradılmasıdır.Məktəbin fiziki tərbiyə müəllimləri X.Ağayeva və E.Babayev də bu təlimdə iştirak etdilər. Onlara uğurlar arzulayırıq!