20 YANVAR hadisələrinə həsr edilmiş anım tədbiri

Məktəbin Azərbaycan dili müəllimi Həcər Vəliyeva və şagirdlərin iştirakı ilə 20 YANVAR hadisələrinə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbir zamanı 20 YANVAR hadisələrində həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, məktəbin direktoru Həcər Mahmudova çıxış edərək şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilməsi və şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin ən vacib məsələ olması haqqında danışdı. Sonra həmin hadisələrin şahidi olmuş tarix müəllimi Nəzərova Minayə o günlər haqqında acı xatirələri danışaraq tarixin qanlı izləri haqqında məlumat verdi. Bundan başqa tədbir iştirakçıları 20 YANVAR hadisələrinə həsr edilmiş şerlər, siyasi xadimlərin dedikləri fikirləri, faktları səsləndirdilər. Tədbirin sonunda məktəblilərin 20 YANVAR hadisələrinə həsr edilmiş rəsm və divar qəzetlərinə baxış keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi