20 YANVAR şəhidinin ailəsi ilə görüş
Məktəbin şagirdləri və bir qrup müəllim məktəbin keçmiş məzunu və QANLI YANVAR hadisələrində şəhid olan İsrafil Haşımovun ailəsi ilə görüşə getmişdirlər. Şəhidin ailəsi ilə görüş zamanı İsrafil Haşımov haqqında xatirələr dinlənilmiş, şagirdlər onun həyatını əks etdirən fotolar və mətbuat yazıları ilə tanış olmuşlar.