Milli Musuqu günü qeyd edildi.

Azərbaycan Dövlət himninin səslənməsi ilə başlanan dərs günü Milli Musiqi gününün qeyd edilməsi ilə davam etdi.Məktəb direktoru H.Mahmudova öz çıxışında bu günkü günün tarixi əhəmiyyətindən,Azərbaycan musiqisinin dünya musiqi mədəniyyətindəki rolundan bəhs etdi.Məktəbin musiqi müəllimi T.Hüseynova da klassik Azərbaycan musiqisinin banisi Ü.Hacıbəylinin həyat və yaradıcılığı barədə də ətraflı məlumat verdi.
Bildiyimiz kimi dahi bəstəkar, pedaqoq, ictimai xadim, musiqişunas alim Ü.Hacıbəyli milli musiqimizdə köklü dönüş yaratmışdır. “Leyli və Məcnun “. “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi dünya şöhrətli operaları bəstələyən dahi şəxsiyyətin yaradıcılığına həsr olunmuş kiçik tədbirdə VIII sinif qızlarının ifasında bəstəkarın əsərlərindən ibarət xor,VII sinif şagirdi Polad Hacıyevin ifasında bəstəkarın məşhur "Sənsiz" romansı,Əliyeva Sitarənin ifasında isə bəstəkarın əsərlərindən ibarət popuri ifa edildi.