"Sülh aylığı" çərçivəsində tədbirlər keçirilir.

Məktəbd ə“ Sülh aylığı” çərçivəsində silsilə tədbirlər keçirilmişdir. Belə ki, Həyat bilgisi müəllimi Quliyeva Bəturə və tarix müəllimi Əsgərova Mədinənin təşkilatçılığı ilə VIa sinfi kitabxanada kitabxana müdiri Rəsulova Xatirənin iştirakı ilə “ Uşaq hüquqları Konvensiyası” adlı dəyirmi masa keçirilmişdir. Şagirdlər öz hüquq və vəzifələri haqqında ətraflı məlumat verdilər. Tədbirdə məktəbin direktoru Həcər Mahmudova, təşkilatçı müavin Kəmalə Mirzəliyeva və Uşaq Birliyi Təşkilatının Rəhbəri Turanə İbrahimova işkirak etmişlər.
II tədbirimiz VIIIb sinfinin şagirdləri Azərbaycan dili müəllimi Yeganə Bəkirovanın təşkilatçılığı ilə “ Bizim hüquq və vəzifələrimiz” adlı dəyirmi masa keçirdilər. Bu tədbirdə şagirdlər “ Uşaq hüquqları Konvensiyası” nın müddüalarından çıxış edərək öz hüquq və vəzifələri haqqında məlumatverdilər.
Daha bir tədbir də, IVb sinif şagirdləri “Sülh” mövzusunda asfalt üzərində şəkillər çəkmişlər. Bu şəkillər şagirdlərin sülhə aid düşüncələrini əks etdirirdi. Sonda şagirdlər Sülhü təmsil edən rəngli şarları havaya buraxdılar.
Məktəbdə IVb sinif şagirdləri Nisə Muradova və Vüqar İsmayıllının Sülh mövzusunda fərdi rəsm sərgisi də təşkil olunmuşdur.