Pedaqoji Şura iclası keçirildi

Pedaqoji Şuranın  2018-2019-cu dərs ilinin ilk  iclası keçirildi.

İclasın gündəliyində 2018-2019-cu dərs ili üzrə qarşıda duran məsələlər, siniflərin komplektləşdirilməsi, 2018-2019-cu dərs ili üçün dərs bölgüsü, I və X siniflərə şagird qəbulu və digər cari məsələlər qeyd edilmişdi. Məktəbin direktoru Həcər Mahmudova ötən dərs ilinin yekunları  barədə danışaraq ötən ilin məktəb heyəti üçün uğurlu il hesab etdiyini bildirdi. O, il ərzində məktəbin qalib olduğu layihələr, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətlərin nəticəsi olaraq buraxılış imtahanlarında şagirdlərin təlim nəticələrinin ötən illə müqayisədə müsbət dinamikada dəyişdiyini, məzunlarımızın qəbul imtahanlarında müvəffəqiyyətlə iştirakı barədə məlumat verdi. Məktəbin direktoru pedaqoji kollektivi Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri  , məktəbin növbəti dərs ilində qarşıda duran vəzifələri əks olunmuş fəaliyyət planı ilə tanış etdi.

Təlim-tərbiyə işləri üzrə direktor müavini İ.Quliyev növbəti dərs ili üçün sinif komplektləri, müəllimləri dərs bölgüsü barədə məlumat verdi.  Bu dərs ilində işə yeni təyin edilmiş gənc müəllimləri kollektivə təqdim edərək onlara məsuliyyətli və şərəfli peşələrində uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi