15 sentyabr- Bilik Günü təntənə ilə qeyd edildi

Respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, Bakı şəhəri N.Babayev adına 144 nömrəli tam orta məktəbdə 15 sentyabr Bilik Gününə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verildi.
Bayram tədbirini məktəbin direktoru Həcər Mahmudova açaraq məktəbin şagirdlərini, pedaqoji heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibətilə təbrik etdi. Məktəbin direktoru I sinfə qəbul olunmuş şagirdlərə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu təhsil ocağında kamil şəxsiyyət kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını bildirdi. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açan məktəbin direktoru Həcər Mahmudova məktəbdə son illərdə aparılan çox istiqamətli işlərdən, əməli fəaliyyətdən bəhs etdi, məktəbin bir sıra əhəmiyyətli təhsil layihələrində iştirakını 2018-2019-cu tədris ilinin ən uğurlu yeniliyi kimi dəyərləndirdi və bu istiqamətdə işlərin davamlı aparılacağını xüsusi vurğuladı. Daha sonra çıxış üçün söz qonaqlara verildi. Bayram tədbirində Binəqədi rayonu İcra Hakimiyyətinin ictimai-siyasi vəə humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev; filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvü Adil Babayev; Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamentinin Hidrometrologiya Elmi Tədqiqat İnstitutunun laboratoriya müdiri Xalid Muxtarlı; məktəbin qəbul imtahanlarında 650-dən yüksək bal toplayan fəxri məzunları; təqaüddə olan ibtidai sinif müəllimi Nigarxanım Nəzərliyə verildi. Onlar da öx növbələrində Bilik bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər, şagirdlərə, eləcə də məktəbə ilk qədəmlərini qoyan birincilərə uğurlar arzuladılar.