Tarix aylığı çərçivəsində sonuncu açıq dərsi təşkil olundu.
Bu gün tarix aylığı çərçivəsində məktəbin tarix müəllimi Mədinə Əsgərovanın rəhbərliyi altında 8c sinif şagirdləri ilə birgə azərbaycan tarixinin yaralı mövzusu olan “Türkmənçay müqaviləsi” nə həsr olunmuş açıq dərs təşkil olundu.Şagirdlər,”Qarabağ”.”Vətən”,”İstiqlal”və “Araz” adlı 4 qrupa bölünüb,yüksək fəallığ nümayiş etdirdilər.Dərsin gedişatında mövzu ilə bağlı videoçarx da nümayiş olundu.İnteraktiv təlim əsasında keçirilən dərsdə B.Vahabzadənin öz səsi ilə səslənən “Gülüstan” poemasından bir parça ilə Yaqub Zurufçunun ifasında olan “Ayrılıq” mahnısının səslənməsi dərsin bədii təsir gücünü daha da artırdı.