AXC-nin 100 illiyi münasibətilə“Şərqdə doğan ilk günəş” mövzusuna həsr olunmuş tədbir keçirildi.

Məktəbin akt zalında “Şərqdə doğan ilk günəş” mövzusuna həsr olunmuş tədbir keçirildi.
Tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdu.
Dövlət himni səsləndirildikdən sonra məktəbin direktoru Həcər Mahmudova çıxış edərək gələn qonaqları və müəllim-şagirdləri salamlayaraq həyata keçirilən layihənin tarixi əhəmiyyətindən danışdı. Tədbir məktəb şagirdlərinin çıxışları ilə davam etdi. Azərbaycan Cümhuriyyəti tarixinə aid slaydlar göstərildi, Cümhuriyyət qurucularının həyatı, fəaliyyətləri haqqında geniş məlumat verildi.
Tədbir boyunca IVc sinif şagirdlərinin ifasında müxtəlif vətənpərvərlik mahnıları oxundu,şerlər söylənildi, musiqi səsləndirildi.
İlk olaraq çıxış edən məktəbin tarix müəllimi Mədinə müəllimə Cümhuriiyətin tarixi haqqında danışdı.Daha sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli çıxış edərək Azərbaycan tarixində Cümhuriyyət qurucularının rolundan, Cümhuriyyətin dərslərindən geniş danışdı. Şagirdlərə onların fəaliyyətini öyrənməyi və dövlətimizi sevməkdə onlara oxşamağı tövsiyyə etdi.
Tədbirin sonunda çıxış edən “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri Araz Şamilov keçirilən tədbirin əsas məqsədlərinə toxunaraq Cümhuriyyətin tariximizdə oynadığı məqamlardan danışdı. O, məktəb rəhbərliyinə, tədbirdə bu layihəyə kömək edən müəllimlərə, çıxış edən və iştirak edən şagirdlərə öz minnətdarlığını bildirdi
Tədbirin sonunda Layihə çərçivəsində məktəbdə keçirilən Bilik yarışmasının qaliblərinə və çıxışları ilə fərqlənən şagirdlərə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən diplomlar təqdim edildi.