AXC-nin 100 illiyinə həsr olunmuş növbəti bilik yarışı keçirildi.

Bu gün məktəbin akt zalında V sinif şagirdləri arasında tarix fənnindən bilik yarışı təşkil olundu.Tədbirdə məktəbin direktoru Həcər Mahmudova çıxış edərək yarışmanın məqsəd və əhəmiyyətindən danışdı.Daha sonra yarışın təşkilatçısı və tarix metodbirləşməsinin rəhbəri Mədinə Əsgərova çıxış etdi və tədbir açıq elan olundu.Müsabiqə 4 turda keçirildi və şagirdlər "Alov","Koroğlu","Uğur" və "Cavadxan" adlanan 4 komandaya bölündülər.Verilən suallar hərtərəfli və maraqlı idi.İştirakçılar çox həvəslə və fəal şəkildə sualları cavablandırdılar.Yarışmada fənn müəllimi Novruzova Leyla,Respublika Uşaq və Gənclər İnkişaf mərkəzinin əməkadaşı,tarixçi Əlövsət Həmzəyev və məktəbin təşkilati işlər üzrə direktor müavini Mirzəliyeva Kəmalə iştirak edirdi.Yarışmada məqsəd şagirdlərə tarix fənninə olan maraqlarını daha da artırmaq və onların dünyagörüşünə təsir etmək idi.Müsabiqə maraqlı və səmərəli keçdi.